Bu barədə İran mediası məlumat yayıb.
Bu keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifin 14-cü hökumətin keçid şurasının rəhbəri təyin edildiyindən sonraya təsadüf edir.
Tehranın cümə imamı Əhməd Xatəmi yeni Prezidentə etdiyi xəbərdarlığında ad çəkmədən onun islahatçı siyasi cərəyana mənsub şəxsləri yeni kabinetdə işə götürməsinə qarşı çıxıb.
Bununla yanaşı başqa bir neçə cümə imamı da oxşar fikirlər səsləndirib və Pezeşkianı yeni kadrların işə götürülməsində, xüsusilə əyalətlərdəki təyinatlarla bağlı cümə imamları ilə məsləhətləşmələr aparmasını tövsiyə ediblər.
Bu, mühafizəkar siyasi cərəyanın islahatçı qanada mənsub şəxslərin hakimiyyətdə əhəmiyyətli yer tutacağı ehtimalından təşviş keçirdikləri ilə bağlıdır.