Xalxalın İcra Hakimiyyətinin başçısı Seyid İsa Kərimpurun verdiyi məlumata görə yanğın nəticəsində bağbanlar və fermerlər ciddi ziyan görüblər.
Kərimpur yanğınöndürmə dəstələri və yerli əhalinin birgə səyi nəticəsində yanğının söndürüldüyünü və başqa bölgələrə, yaşayış evlərinə sıçramasının qarşısının alındığını bildirib.
O, yanğın zamanı alma, armmud, qoz, çinar və söyüd ağacları ilə örtülü geniş ərazilərin və əkin sahələrinin yanğın nəticəsində kül olduğunu qeyd edib.
İcra başçısının sözlərinə görə Quzaz, Xucin və Arsun kəndlərinin bağban və əkinçiləri baş verən yanğından xəsarət görüblər.
İsa Kərimpur baş verən yanğında insan amilinin olduğunu və bilərəkdən həyata keçirildiyini deyərək, məsələ ilə bağlı araşdırmalara başlanacağını söyləyib.