Bu barədə İsfahan Əyaləti Cinayət-Axtarış İdarəsinin rəisi Hüseyn Türkian aprelin 28-də bildirib.
Onun bildirdiyinə görə autizm xəstəliyi olan itkin düşmüş Dayananın anası ziddiyyətli ifadələr verdiyinə görə saxlanılıb.
Uşağın anası ifadə verdiyi zaman Dayananı öldürdüyünü etiraf edib.
“Qızcığazın anası uşağı şəhərdən kənardakı yaşayışsız bağa aparıb. Bir neçə bıçaq zərbəsi endirməklə onu öldürüb, daha sonra isə bədənini yandırıb. Sonra polisə müraciət edərək uşağının itkin düşdüyünü deyib”.
Polis sədri həmçinin əlavə edib: “Məmurlar cinayət yerinə gedəndən sonra uşağın yanmış bədənini aşkar ediblər”.