İran

Vaşinqton: Sanksiyalar İranın maliyyə ehtiyatlarını $10 milyarda endirib

ABŞ-ın yüksək vəzifəli rəsmisi bildirbi ki, Vaşinqtonun İrana təqtbiq etdiyi sanksiyalar nəticəsində Tehranın xarici valuyutaya olan çıxışı xeyli məhdudlaşıb. Rəsminin dediyinə görə indən belə İran rejiminin “xaricdə və daxildə zorakılıq və məşəqqətləri” yaratmaq üçün yalnız $10 milyard dollar pulu qalıb.

ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk cümə axşamı Vaşinqtonda, Xarici Əlaqələr Şurasında etdiyi çıxışda İranın valyuta ehtiyatları ilə bağlı indiyədək məxfi saxlanan məlumaları bölüşüb.

“ABŞ hökumətinin təhlilinə görə, hazırda İranın $100 milyard dollara yaxın valyuta ehtiyatı var. Bununsa yalnız 10% -i İran hakimiyyəti üçün əlçatandır. Bu miqdar sadəcə $10 milyard dollardır,” deyə Huk bildirib.

ABŞ rəsmisi həmçinin bildirb ki, İranın yerdə qalan digər $90 milyard dollar ehtiyatına digər millətlər tərəfindən giriş məhdudlaşdırılıb. Amerikadan qaynaqlanan ikinci sanksiya təhdidi qarşısında bütün beynəlxalq maliyyə təşkilatları və qurumları İranla hər hansı maliyyə əməliyyatlarında iştirak etməkdən imtina edir.

Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya üzrə iqtisadi hesabatına edilən statistik əlavədə İranın ümumi valyuta ehtiyatlarında azalma müşahidə olunur.

Belə ki, 2018-ci ildə $101 milyard dollar maliyyə ehtiyatının ildən ilə azalaraq 2019-cu ildə $85 milyard və 2020-ci ildə $68 milyard dollar olacağı proqnozlaşdırılıb.

Huk əlavə edib ki, İranın xaricdəki maliyyə ehtiyyatlarının azalmasının digər səbəbi həm də ixrac məshullarına qoyulan qadağadır. Onun sözlərinə görə ABŞ keçən il İrana qarşı daha sərt sanksiyalar kampaniyasına başlamazdan əvvəl Tehranın xarici valyuta qazancının təxminən 50 faizinin neft ixracatı, qalan hissəsini isə neft-kimya, metal və emal edilmiş neft məhsullarının ixracı təşkil edir.

Tramp administarsiyası keçən ildən bəri İranın bütün ixracat məhsullarına sanksiyalar tətbiq edib.

Related Articles

Bir cavab yazın

Back to top button