Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ani Badalyan bildirib.
O deyib ki, ilkin plana əsasən, müzakirələrin son günü sabahdır. Danışıqların detalları daha sonra açıqlanacaq.
Qeyd edək ki, mayın 1-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb.
Danışıqlar iki gündür davam edir. (modern)