Şənbə günü İran-da taysız bir olay baş verdi. Şərqi Azərbaycan ustandarının tanıtım mərasimində Zeynulabidin Xurrəm qəribə bir olay yaşadı. O, danışıqlarının başlanışında səhnəyə çıxan bir adamın yeni ustandara vurduğu şillə günlərdir gündəmdə birinci yeri tutub. Ustandarı vuran adam səhnədən uzaqlaşdırıldıqdan sonra Xurrəmin dedikləri tarixi etiraf mahiyyətində oldu.
Bu olay özəlliklə Təbrizdə siyastin pərdə arxasında nələrin baş verdiyini bizə bir daha xatırlatdı. Birincisi Xurrəmi vuran adamın kimliyi son dərəcə önəmlidir. Açıqlamalara görə yeni ustandara şillə vuran adam Əyyub Əlizadə A:şura Sipahının Sərhənglərindəndir. Sosyal medyada məsələylə bağlı bir çox iddialar paylaşılır. Ancaq yeni ustandarın dedikləri kəsinliklə məntiqsizdir.
Zeynolabedin Xurrəm bu olaydan sonra şillə vuran adamı bağışladığını deyərək onu tanımadığını da iddia etdi. Ancaq o rütbəyə sahib birinin illərcə eyni yerdə olduğu halda tanımadığı iddianın yalan olduğu bəllidir. Habelə Xurrəm vurulan şillənin bir sadə səbəbdən olduğunu iddia edibdir. Xurrəm, ona şillə vuran adam yəni əyyub Əlizadənin həyat yoldaşına bir kişinin vaksən vurduğu üçün acıqlı olaraq belə bir işə qərar verdiyini iddia edibdir. Hal bu ki vaksənin ustandara nə dəxli olabilər? Və ya belə bir şey olsa da, nə üçün o rütbədə biri belə bir iş görmək istər? Soruları Zeynolabedin Xurrəmin dediklərinin yalan olduğunu göstərir. Bir ayrı tərəfdən təyid olunmasa da əyyub Əlizadəyə mənsub maraqlı açıqlamalar paylaşılır. Misal üçün bu işin Xurrəmin aşırı fəsada qarışdığı üçün İslam Cumhuriyyətinə inanan bir Sipah üzvü kimi etdiyini iddia edən yazılar yayılır. Bu iddia doğru olabilər, çünkü İranda Əli Xaməneyinin deyişiylə öz başına hərəkət eləmək yayqın bir məsələdir. Habelə Zeynolabedin Xurrəmin ağır maddi fəsada qarışmasıyla bağlı da ciddi sənədlər var. Aylar öncə Sərdar Xurrəmin həyat yoldaşının olduğu iddia edilən görüntülər bank hesabının milyardlarca tümən varlığı olduğunu göstərən videolar paylaşılmaya başlandı. Habelə A:şura Sipahı İranın ən böyük sipahlarından olduğu üçün geniş iqtisadi fəsadın olduğunu təxmin eləmək çətin dəyir.
Başqa önəmli bir məsələ bu olayın videosunun necə yayılmasıdır. Bu video ceb telefonuyla yox bəlkə peşəkar kamerayla çəkilib, editlənib daha sonra yayıldı. Bu kimi mərasimlərin yuxarı həssasiyyətlə keçirildiyi diqqətə alınırsa kəsinliklə hakimiyyətin öz içindən birilərinin bu işdə əli olduğu görünür. Yəni şilləni vuran Əyyub Əlizadə yanlız bir nəfərdən ibarət deyil və Təbrizdə pərdə arxasında ciddi bir güc savaşı gedir.
Ayrı önəmli bir məsələ də Sərdar Xurrəmin Suriyəylə bağlıiddialarıdır. Xurrəm həmin olayda “Mən daha öncə də Suriyədə düşmən vasitəsi ilə gündə 10 dəfə şallaqlanırdım” diyərək əslində Suriyədə qaçırıldığına dayir detaylları etiraf etmiş oldu.
Zeynolabedin Xurrəm 2012-ci ilində 56 İranlı pasdarla birlikdə müxalif quvvələrin əlində əsir düşmüşdü. İran o tarixdə 57 yüksək rütbəli nizamilərini qurtarmaq üçün çarəsiz idi. Nəhayət sabiq ustandar Əhməd Əliriza Beyginin etirafına görə İran muxaliflərin adam başı bir milyon dollar pul istəməsinə boyun əyir və Zeynolabedin Xurrəm də o zaman beləliklə canını qurtarır. Ancaq maraqlı o ki İra məsulları bu pasdarların DAİŞ tərəfindən qaçırıldığını iddia edirlər. Hal bu ki o tarixdə ortada DAİŞ deyilən bir ünsür yox idi. Bir ayrı məsələ də bu ki, İran o zamanlar əsasən Suriyədəki varlığını danırdı. Sonrakı illərdə də özünü çox güclü göstərib muxalifləri darmadağın elədiyini iddia edirdi. Ancaq gerçək bu ki, İran elə o zaman da Suriyədə muxaliflərə qarşı son dərəcə gücsüz idi və çarəsiz qaldığı üçün istənilən pulu vermək zorunda qaldı.
Hər halda yeni ustandara vurulan şapalaq İran və özəlliklə Azərbaycan tarixində taysız bir hadisə oldu. Bu olay kəsinliklə iki nəfərin arasındakı bir ixtilaf yox, bəlkə kökü çox dərinlərdə olan geniş bir güc davasının göstərgəsi idi. Təbrizdə pərdə arxasında baş verən daha necə önəmli olayları da bizə göstərdi.
Ustandar elə işə gəldiyi birinci gün yediyi şapalaq başqasının əli ilə olmuş olsa da, Güney Azərbaycanın hakimiyyətə verəcəyi cəvabı da göstərmiş oldu.