Site icon Aznews TV

Vahid Mustafayev: ANS tam bəraət qazandı

Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm.

Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq.

Aznews.tv Axar.az-a istinadən xəbər verir ki, bunu ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev bildirib.

“Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi!

Çingiz demişkən: “Heç kim və heç nə unudulmayacaq!””, – Vahid Mustafayev vurğulayıb.

Aznews.tv

Exit mobile version