Şərqi Azərbaycan əyalətinin Vərzigan bölgəsində yerləşən, Süngün mis mədəninin işçiləri, yenidən etiraz aksiyası keçirib.Mədən ərazisinə toplaşan “Ahən acin”, “Zohəl”, “”Noavəran və “Mobin” şirkətlərinin işçiləri işi dayandırıb.Onların etirazına səbəb bundan öncə yanlış fəaliyyətlərinə görə işçilər tərəfindən qovulmuş dörd şirkət müdirinin, yenidən rəhbərliyə qaytarılması olub.Əlipur, Nemətpur, Salehi və Rəhmanpur bir ay öncə mədən işçilərinin hüquqlarını pozduqları və onlara qarşı, təhqiramiz davrandıqları üçün mədənçilər tərəfindən qovulub və onların mədən sahəsinə girişlərinin qarşısı alınıb.Ötən həftə Süngün mis mədəninin işçiləri,3 günlük tətil aksiyasına əl atıb və qanunsuz olaraq işdən çıxarılan əməkdaşlarının, yenidən işə bərpa olunmalarına nail olublar.Verilən məlumatlara görə, noyabrın 30-u, günorta saat 13-dən 15-ə kimi davam edən aksiya nəticəsində, adı çəkilən dörd müdir yenidən bölgəni tərk etməyə məcbur olublar.