Söz qonusu bildiridə Yürüş bəy, uca millətimizin çıxarları və milli hərəkətimizin gələcəyini, göz önünə alaraq hər zaman və hər yerdə «dialoq, müzakirə və münazirəyə» açıq olduğunu ifadə etmişdi.
Yürüş bəy, milli hərəkətimizin son 20 ilin içində çirkin «qara yaxmaq və iftira atmaq» dəbini nəzərdə alaraq, münazirə və müzakirələrə, bu çirkin dəbə məruz qalan bəzi şəxs və təşkilatlarımızdan üzr istənməsini ön şərt olaraq önə sürdü.
İlk baxışda, bu sorğu ortaya çıxır ki əgər bir münazirə və ya müzakirə söz qonusudursa, ön şərt nə deməkdir?
Yalnız çox üzülərək görmək mümkündür ki, keçən 20 ildə şəxs və təşkilatlarımıza qarşı, sözdə milli televizyon və sosial mediada əxlaqi prinsipləri riayət etmədən yersiz iftiralar, qara yaxmalar baş veribdir ki, hərəkətimizə ciddi bədəllərə mal olubdur. keçmişdə bir çox tanımış və xoş niyyətli milli aktivistimizin bu sürəci durdurmaq və milli hərəkətdə barış atmosferi yaratmaq adına, şərtsiz ön ayaq olmuşdular, amma təəssüflə hər zaman biriləri oyun pozanlıq və daha yüksək pərdədən iftira atmaq yoluna gediblər.