Dünyaİran

ÜST İranda denge qızdırmasının yayılma riskinin yüksək olduğunu bildirib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyunun 14-dən iyulun 17-dək müəyyən edilmiş xəstəlik hallarının sayının 2-dən 12-yə yüksəldiyi İranda denge qızdırmasının yayılma riskinin daha yüksək olduğunu bəyan edib.

“ANT” xəbər verir ki, bu barədə ÜST-ün Cenevrədəki mənzil-qərargahı məlumat yayıb.

Qeyd olunub ki, iyunun 14-də İran rəsmiləri iki nəfərin denge xəstəliyinə yoluxduğu barədə məlumat veriblər.

17 iyul 2024-cü il tarixinə ölkədə xəstəliyə yoluxma hallarının ümumi sayı 12-yə yüksəlib. Yoluxanların hamısı İranın Hörmüzgan ostanının Bəndər Lingə şəhərinin sakinləridir. ÜST xəstəliyin ictimai sağlamlığa ciddi zərər vurma potensialına malik olduğunu izah edib.

İranın Səhiyyə Nazirliyi isə xəstəxanaların hazırlığını artırmaq üçün tədbirlər görüb. Öz növbəsində ÜST nazirliyə nəzarəti gücləndirmək, tibbi ləvazimatların və sürətli diaqnostikanın paylanması, təlimlərin keçirilməsi və risk kommunikasiyası fəaliyyətlərinin təşkili üçün dəstək verir.

Qeyd edək ki, denge qızdırması yüksək qızdırma, güclü əzələ-oynaq ağrıları, səpgi, hemorragiya və limfadenopatiya ilə təzahür edən təbii ocaqlı transmissiv xəstəlikdir. Meymunlar, dələlər, quşlar, eləcə də ağcaqanadlar virus yayıcı hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button