Site icon Aznews TV

Urmulu i̇şçi̇lər ağvərəqli̇ müqavi̇lə i̇mzalamağa məcbur qalıblar

Qərbi Azərbaycanın Urmu şəhərinin raporuna əsasən, Urmuda tolid vahidlərinin işçiləri mövcud durumdan razı deyillər. İşçilər qayğısız qaldıqları üçün Ağ imazalı Qərardad imzalamağa məcbur olublar.

Mövcud duruma görə, işçilərin alış gücü çox azalıb.
İş və məişət toxunulmazlığı, işçilərin başlıca tələbləridir. Amma iş toxunulmazlığı birinci yerdədir.Tolid vahidlərinin işçiləri isə bundan gilieylidirlər.
İşçilərlə danışanda, danışıqlarının nəticələri olaraq işdən qovulma və işsiz qalmaqdan qorxduqlarına görə ikrahla yaxınlaşırlar. Adlarını, iş yerlərini deməkdən çəkinirlər.
Urmunun qəza sənayesi şirkətlərinin işçilərindən biri olan M.S çətinlikləri barədə, “işdən qovulmağa qorxduğumuz üçün karxanada müşküllərimiz barədə etiraz edə bilmirik”, – deyə bildirib.
“Bu pandemidə karxana çox vaxt bağlı olub, ona görə də bizim gəlirimiz olmayıb. İş zamanı hansısa bir dəsqah xarab olarsa, işçiləri cərimələyirlər. Gerçəkdən məişətimizi dolandırmaq çətinləşib”, deyə əlavə edib.
Başqa bir işçi də də işindəki müşküllər barədə danışıb:
“Maaşın ödənimədiyinə görə dəfələrlə idarələrə və sazimanlara etiraz üçün getmişik, hər dəfə də söz veriblər ki, müşküllərimizə baxacaqlar. Amma boş söz olub və heç bir himayət etməyiblər.”
Başqa bir qadın işçinin sözlərinə görə, işləmək üçün bir şirkətə gedib, imzalamaq üçün qarşısına bir ağ vərəqə qoyulub. “Mən isə heç bir sual etmədən, çarəsizlikdən imzalayıb işləməyə başladım. Ağ vərəqi imzalamağıma peşman idim, amma başqa bir çarəm yox idi”, – dey əlavə edib.
Başqa bir işçi də, ödənişsiz məcburi mürəxəsiyə göndərilmələri barədə deyib ki, İş Qaununda və dövlət tərəfindən ciddi himayət olunmurlar. Elə buna görə də karfərmalar onlarla qərardad bağlamadan və sığorta etmədən işlədirlər.
Qərbi Azərbaycanın İş, İctimai Rifah İdarəsinin baş müdiri Amian, Ağ imzalı Qərardadların izmalanması barədə, “işçilər Ağşərtli Qərardadları imzalamamalıdır”, – deyə bildirib.

Exit mobile version