Site icon Aznews TV

Urmuda vəziyyət daha da pisləşib, gölün sahəsi 1000 kvadrat kilometrdən də aşağı düşüb

Qərbi Azərbaycan əyalətinin Regional Su Şirkətinin açıqladığı statistikaya görə, Urmu gölündə suyun səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə daha 46 santimetr azalalaraq 1270.33 metr olub.

Gölün sahəsi isə ötən ilin eyni dövrünə nisbətdə 1528.09 kvadrat kilometr azalaraq 974.11 metrə düşüb.

Son statistikaya görə, hazırda Urmu gölündə mövcud olan su həcmi 1.77 milyard kubmetrdir və bu bir il müddətində su həcminin daha 1.41 milyard kubmetr azaldığını göstərir.

Regional Su Şirkətinin məlumatında gölün normal ekoloji vəziyyətində suyunun ortalama həcminin 17.28 milyard kubmetr olmasını nəzərə alsaq gölün suyunun 91 faizdən çoxu quruyub.

Exit mobile version