Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Urmuda iki aksiya- Çərşənbə şənliyi siyasi mitinqə çevirildi

Dünən martın 18-də Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində günorta və axşam saatlarında iki çərşənbə şənliyi mərasimi keçirilib.

Bu barədə yerli sosial media şəbəkəsində məlumat və videolar paylaşılıb.

Günorta saatlarında keçirilən mərasimə toplaşan kürdlər bayram şənliyini siyasi mitinqə çevirib, Azərbaycan torpaqlarına qarşı iddialar səsləndiriblər.

Kürd geyimlərində mərasimə qoşulan mühacirlər “Urmiya Kürdüstandır” şüarları səsləndirib, bir neçə yerdə maskalı və kürd terror təşkilatlarının silahlılarının formalarına oxşar geyimlər geyinən şəxslər İraq Kürdüstanının bayraqlarını qaldırıblar.

Bundan bir neçə saat sonra isə Urmunun “Meşə parkı”na toplaşan Azərbaycan türkləri mühacir kürdlərin torpaq iddialarına cavab olaraq “Azərbaycan var olsun, istəməyən kor olsun” şüarları səsləndiriblər.

Bundan sonra şəhərin başqa bölgələrində keçirilən mərasimlərdə də eyni şüar səsləndirilib.

Xatırladaq ki, bundan əvvəl yerli dövlət qurumları Azərbaycan türklərinin Urmuda çərşənbə mərasimi keçirmələrinə icazə vermədiyi halda, kürdlərin oxşar mərasim keçirmələrinə rəsmi icazə vermib.

Qeyd edək ki, mühacirlərin propaqanda xarakterli bayram mərasimləri bir neçə il əvvəldən Qərbi Azərbaycan əyalətinin miliyyətcə kürd olan keçmiş valisi Məhəmməd Sadiq Mötəmedian dövründən başlayıb.

Hazırda əyalətə miliyyətcə türk olan Rza Rəhmani vali təyin edilsə də, Mötəmedian dövründə başlayan Azərbaycan torpaqlarına iddia xarakterli “ənənə” davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button