Urmuda yağan güclü yağış daşqına səbəb olub. Hadisə nəticəsində bir neçə körpü yararsız hala düşüb. Urmunun Çerikabad Marqur kəndində yollarda hərəkət məhdudlaşıb. Gülüstanə və Falkan kəndlərinin körpüsü isə tamamilə dağılıb.
Qeyd edək ki, Gülüstanə kəndinin körpüsü 2017-ci ilin avrilində daşqınlar səbəbindən dağılıb. Körpü bərpa işlərindən sonra yenidən istifadəyə verilib.