O, Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə ilə keçirdiyi görüşdə Urmu şəhərində Azərbaycan Respublikasının konsulluğunun açılmasını təklif edib.
Məhəmməd Xəlilpur Qərbi Azərbaycan əyaləti və Azərbaycan Respublikası xalqlarının dini və mədəni ortaqlığının əhəmiyyətini vurğulayıb, Azərbaycan Urmuda konsulluğunun açılmasının önəmli olduğunu deyib.
“Azərbaycan bələdiyyələri və Urmiya bələdiyyəsi arasında şəhər diplomatiyası çərçivəsində ikitərəfli əlaqələr və əməkdaşlığı genişləndirmək və təcrübə mübadiləsi aparmaq, siyasi, ictimai və mədəni əlaqələri artırmaq üçün Azərbaycan Respublikasının konsulluğunun Urmu şəhərində açılması lazımdır”-deyə, Şəhər Şurasının başçısı bildirib.
Görüşdə səfir Əli Əlizadə Azərbaycan Respublikasının ikitərəfli əməkdaşlığı genişləndirməyə, hər iki tərəfin imkan və təcrübələrindən istifadə etməyə hazır olduğunu vurğulayıb.