Bu barədə əyalətin Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Məhbubi məlumat yayıb.
Onun sözlərinə görə, yük maşını iə sərnişin avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, bir nəfər ağır yaralanıb.
Qeyd edək ki, qəza baş verən yer keyfiyyətsizliyinə görə əyalətin ən təhlükəli yollarından biri sayılır.
İran Asiyada yol qəzalarında ölənlərin sayına görə yeddinci yerdədir.
Normal yollara malik olan ölkələrlə müqayisədə İranda yol qəzalarının sayı 10 dəfə daha çoxdur.
Baş verən qəzalarda milli avtomobillərin bir neçə parçaya bölünməsi, avtomobilin özü-özünə alışaraq yanması bir sıra rəsmiləri də buna etiraz etməyə məcbur edib.
İranda milli avtomobillərə xalq arasında “ölüm arabaları” adı verilib.