Azərbaycan

Urmu gölünün suyunun cəmi 12%-i qalıb

Güney Azərbaycanın incilərindən sayılan Urmu gölünün suyunun səviyyəsi hər gün biraz daha aşağı düşür.

Şərqi Azərbaycan Regional Su İdarəsinin avqustun 6-da yayılan rəsmi statistikasına əsasən, gölün suyu ekolojik vəziyyətlə müqayisədə 88% azalıb.

Məlumata görə, Urmu gölünün səviyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 42 sm azalaraq 1270,44 -ə çatıb.

Hesabatda bildirilir ki, gölün genişliyi keçən ilin eyni vaxtı ilə müqayisədə 814,44 kvadrat kilometr azalıb.

Sonda məlumatda qeyd olunub ki, Urmu gölünün suyunun həcmi təkcə ötən 1 il ərzində 1,31 milyard kub metr aşağı düşüb.

Related Articles

Bir cavab yazın

Back to top button