Azərbaycan

Urmu gölünün quruması 14 milyon insanın həyatını təhlükəyə atacaq

Şərqi Azərbaycanın Kənd Təsərrüfatı və Təbii Sərvətlər Həmkarlar İttifaqı Təşkilatının başçısı Hadi Fərəci İbrahim Rəisinin əyalətə gözlənilən səfəri ilə bağlı verdiyi açıqlamada azərbaycanlıların əsas istəklərindən birinin Urmu gölünün bərpası olduğunu deyib.

“Əkinçilərdə Urmu gölünün illik su payının gölə buraxılmasını tələb edirlər. Bu baş tutmasa göl ətrafı bölgələrdə olan əkinçilik və kənd təsərrüfatı məhv olacaq və bununla yanaşı 14 milyon insanın həyatı təhlükəyə düşəcək”-deyə, Hadi Fərəci bildirib.

O, gölün qurumasının ekoloji problemləri artıracağını, bölgədə duz fırtınalarının güclənəcəyini və əhalinin köçə məcbur olacaqlarını söyləyib.

Qeyd edək ki, İbrahim Rəisinin seçkiqabağı təbliğat və təşviqat kampaniyasında Urmu gölünün qurumasının qarşısının alınması ilə bağlı tədbirlər görəcəyi barədə verdiyi vədlər də özünü doğrultmayıb.

Məsələ ilə bağlı açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button