Azərbaycanİran

Urmu gölünün qəsdli şəkildə qurudulması ilə bağlı küçə etirazlarına çağırış 

Bildiyiniz kimi, Urmu gölü qeyri-insani İran İslam rejiminin qəsdli siyasətləri nəticəsində ölüm həddinə çatıb və mütəxəssislərin fikrincə, gölün qurtarılması mümkün olsa da, İran İslam rejimi hələ də heç bir tədbir görmək istəmir və onu ölümə sürükləyir. Hamımız bilirik ki, Urmu gölünün quruması o qədər təhlükəlidir ki, ciddi tədbirlər görülməsə, Azərbaycanın bir çox şəhər və kəndləri, hətta Təbriz şəhəri də tamamilə məhv ola bilər.

Buna etiraz olaraq, azərbaycanlılar 5 şəhrivər 1402 (27 sentyabr 2023) bazar günü saat 17:00-da xiyabanlara çıxıb rejimin siyasətinə etiraz edəcəklər.

Yerlər:
Təbriz: Rasta Küçə (Bazar ağzı)
Urmu: İmam və Ətai küçələrinin kəsişməsi
Zəncan: Səbzə Meydan
Ərdəbil: Şəriəti kəsişməsi
Tehran: İmam Hüseyn meydanı
Kərəc: Gövhər Dəşt üç yolu
və digər şəhərlərin mərkəzləri

#Urmiya

Related Articles

Bir cavab yazın

Back to top button