Site icon Aznews TV

Urmu gölünün qəsdli şəkildə qurudulması ilə bağlı küçə etirazlarına çağırış

Azərbaycan Türk milləti və İranın digər Türk bölgələri əhalisi

Bildiyiniz kimi, Urmu gölü qeyri insani İran İslam rejiminin qəsdli siyasətləri nəticəsində ölüm həddinə çatıb və mütəxəssislərin fikrincə, gölün qurtarılması hələ də mümkün olsa da, İran İslam rejimi heç bir tədbir görmək istəmir və onu ölümə tərk edib. Hamımız bilirik ki, Urmu gölünün quruması o qədər təhlükəlidir ki, ciddi tədbirlər görülməsə, Azərbaycanın bir çox şəhər və kəndləri, hətta Təbriz şəhəri də tamamı ilə məhv olabilər.
Əslində, İslam rejiminin məqsədinin Güney Azərbaycan məsələsini bu cür qeyri-insani üsulla və Stalinist Rusiya tərzi ilə həll etmək olub-olmadığı var olan ciddi bir sualdır.
Millətimiz bu gedişatı görür və ona görə də ötən illər ərzində olduğu kimi Güney Azərbaycanın şəhərləri həftələrdir fərqli yollarla etirazlara şahid olur. Xalqımız, xüsusən də Azərbaycan gəncləri özları etirazlarını istənilən yolla bildirir və hərtərəfli və ciddi etirazlara hazırdırlar.
Odur ki, millətimiz və gənclərinin çoxsaylı müraciətlərinə cavab olaraq, Azərbaycan milli hərəkətində olan digər milli fəallarla istişarədən sonra 2011 ili etirazların ildönümünə təsadüf edən 5 şəhrivər 1402 (27 sentyabr 2023) bazar günü Güney Azərbaycanda və İranın digər Türk bölgələrində millətimizi şəhər mərkəzlərində küçə etirazlarına dəvət edirik. Millətimiz bu etiraz yığıncaqları ilə səsini dünyaya çatdırmalıdır çünki İran rejimi göstərmişdir ki, Urmu gölünü qurtarmaq üçün öz istəyi ilə həç nə etməyə hazır deyil və ancaq buna məcbur edilməlidir. Şəhrivər ayı Azərbaycan milləti üçün böyük hadisələrin xatırlayıdıcısıdır və 12 şəhrivər kimi qururverici günlərimiz kimi inanırıq bu dəfə də millətimiz böyük zəfərlərə qol çəkəcəkdir. Biz Azərbaycan Türk milləti olaraq dünyaya eşitdirməlyik ki səssiz ölüme razı olmayacağıq. İran rejimi Urmu gölünü qurtarmaya məcbur edilməlidir.

Etiraz yığıncaqları vaxtı: 5 şəhrivər 1402 (27 Avqust 2023) bazar günü saat 17:00

Yerlər:
Təbriz: Rasta Küçə (Bazar ağzı)
Urmu: İmam və Ətai küçələri kəsişməsi
Zəncan: Səbzə Meydan
Ərdəbil: Şəriəti kəsişməsi
Tehran: İmam Hüseyn meydanı
Kərəc: Gövhər Dəşt üç yolu
və digər şəhərlərin mərkəzləri

Göstərilən yerlərdə toplanışa başlamaq mümkün olmasa, gənclər yaxında mümkün olan ən uyğun yerlərdə öz təşəbbüsləri ilə yığıncaqları başlayacaqlar.

Yaşasın Azərbaycan
Yaşasın Türk Milləti
Urmu gölü susuzdu; Azərbaycan oyanmasa uduzdu

Azərbaycan Mərkəz Partiyası
Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
Azərbaycan Öyrənci Hərəkatı – AZOH
Güney Azərbaycan Demokrat Partiyası – GADP

12/08/2023

Exit mobile version