Bol yağıntılar və gölə axan çay sularının çoxalması nəticəsində Urmu gölünün su səviyyəsi artıb. Artemiaların çoxalması 5 ildən sonra flaminqoların gölə qayıtmasına səbəb olub.
Flaminqolar Urmu gölündə olan xərçəngkimilər növünə aid artemialarla təğziyə olunurlar. Artemiada olan boya zərrəcikləri flaminqoların lələyi və qanadlarının qırmızı olmasına səbəb olur. Şəhrivərin 20-nə kimi Urmu gölünün sahillərinə qayıtmış köçəri flaminqoların sayı 20 min olub. Qeyd edək ki, İranda 2 növ flaminqo var.