Site icon Aznews TV

Urmu gölünə su buraxılmayacaq

O, bu barədə “Səhər” teıekanalına müsahibəsində deyib.

Mötəmediyan ötən payız fəslində yağıntıların sıfıra bərabər olduğunu, Urmu gölünə axan çayları su ulə təmin edən qar ehtiyatlarının isə 80% azaldığını bildirib.

Bundan öncə gölün bərpa işlərinin aparılacağı ilə bağlı iddialar səsləndirən vali, Urmiya gölünün durumunun dahada pisləşməsinə baxmayaraq, bu barədə heç nə deməyib.

Ekoloqların verdiyi məlumata görə, hazırda gölün sahəsi 682 kvadrat kilometrə qədər kiçilib.

Göldə mövcud olan suyun həcmi isə daha da azalaraq 900 milyon kubmetrə düşüb.

Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15,5 milyard kubmetr, ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Exit mobile version