Birincisi, Azərbaycanı başqa bir həyati məsələ ilə başqa bölgələrin etirazlarından uzaqlaşdırmaq, ikincisi, Azərbaycanın tələblərini qısamüddətli də olsa, zahirən siyasi olmayan bir məsələyə endirmək,
Üçüncüsü Azərbaycanın Urmu gölü üçün etiraz potensialını zərərsizləşdirmək, quraqlığı yayğınlaşdıraraq müxtəlif şəhər ərazilərində suyun kəsilməsi.
Bu siyasətin nəticəsi “Biz İçməyə su istirik,Vəssalam” şüarındadır. Bu şüar “Biz bu şahı istəmirik, vəssalam” şüarını xatırladır, bəs bu hara, o hara? Rejimin təhlükəsizlik komandası inqilabi hərəkatlarla yumşaq şəkildə mübarizə aparmağı öyrənib, ancaq hökumət gərəkli legitimliyə malik olmayanda bu oyunlar siyasi qumardan başqa bir şey deyil. Hər an qeyri-siyasi və idarə olunan etirazın inqilabi üsyana çevrilməsi ehtimalı var.