Urmu gölü ilə bağlı ekoloji təhlükə hələ də qalmaqdadır. Məsələ ilə bağlı Urmu Gölünü Ehya Sitadının Əyalət rəisi Fərhad Sərxoş açıqlama verib. O bildirib ki, müşkülün aradan qaldırılması üçün lazımi işlər görülsə də, Enerji Baxanlığı məsələyə biganə yanaşır. Belə ki, hələ də gölə səd sularının buraxılması gerçəkləşdirilməyib.
Qurum nümayəndəsinin sözlərinə görə, hazırda Urmu gölünün ekoloji tarazı ötən ilin eyni dövrünə nisbətdə çox miqdarda azalıb. Bunu nəzərə alaraq, 640 milyon metr-mükəəb suyun gölə buraxəlması qərara alınıb. Ancaq indiyədək yalnız 160 milyon metr -mükəəb su Urmu gölünə axıdılıb. Bu il bölgə üzrə yağıntı miqdarının azalması da gölün su səviyyəsinin azalmasına, habelə bəzi bölgələrdə quraqlığa səbəb olub.
Bildirək ki, hazırda Batı Azərbaycan sədlərinin su həcmi 960 milyon metrdir -mükəəb.