Site icon Aznews TV

Urmu gölü ilə bağlı aksiyalar davam edir

Bu qəbildən olan aksiyaların davamında avqustun 5-də Ərdəbil əyalətinin Muğan (Parsabad) bölgəsindən olan bir qrup alpinist və ekofəal Savalan zirvəsinə qalxıblar.

Azərbaycanın ən hündür dağı olan Savalan zirvəsinə qalxan dağçılar orada “Save Urmia Lake” (Urmu gölünü xilas edin) plakatı açaraq sosial mediada paylaşıblar.

Bununla yanaşı Urmu gölünün qurumuş yatağında da aksiya keçirilib və orada da gölün acınacaqlı durumunu əks etdirən plakatlar qaldırılıb.

Qeyd edək ki, hazırda 90%-dən çoxu quruyan Urmu gölü Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir.

Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir.

Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilometr olub.

Ən dərin nöqtəsi 16 m, orta dərinliyi isə 5 m təşkil edib.

Exit mobile version