Bu barədə ekoloq və meteoroloq Məhəmməd Əsgəri xəbərdarlıq edib.
O, Urmu gölünün quruması səbəbləri ilə bağlı rəsmi məlumatların həqiqəti əks etdirmədiyini, bunda əlaqədar dövlət qurumlarının əlinin olduğunu deyib.
Əsəgri, yanlı idarəetmə nəticəsində göl ətrafında yeraltı su ehtiyatlarının məhv edildiyini, bəndlər arxasında yığılan suyu vaxtında gölə buraxılmadığını söyləyib.
“Bu hələ problemin hamısı deyil, belə davam edəcəyi təqdirdə daha böyük faciələrlə üzləşəcəyik., qarşıda bizi geniş torpaq çökmələri gözləyir”,- ekoloq xəbərdarlıq edib.
Qeyd edək ki, 2023-cü ilin noyabr ayına olan məlumata görə, 2022-ci ilin eyni dövrünə nisbətdə Urmu gölünün sahəsi 80% kiçilərək 170 kvadrat kilometrə qədər azalıb.
Bununla yanaşı, göldə olan suyun 96%-i quruyub və hazırda gölün yalnız 4%-də su mövcuddur.
Xatırladaq ki, Urmu gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.