Azərbaycanİran

Urmu gölü ətrafında duz fırtınası

Urmu gölünün qurumuş yatağından başlayan duz fırtınası Şərqi və Qərbi Azərbaycan əyalətlərinin gölə yaxın bölgələrində problemlər yaradıb.

Bu barədə yerli sakinlər video və fotolar paylaşıblar.

Bildirilib ki, duz fırtınası səbəbindən görüş məsafəsi kəskin azalıb, şəhərlər arası yollarda belə nəqliyyat vasitələri 20-30 kilometr sürətlə hərəkət edirlər.

Qeyd edək ki, duz fırtınaları kənd təsərrüfatlarını məhv etməklə yanaşı, insanların sağlamlığını təhdid edir.

Son illər Urmu gölü ətrafındakı bölgələrdə tənəffüs xəstəlikləri geniş yayılıb, ağciyər xərçəngi səbəbindən ölənlərin sayı kəskin artıb.

Son məlumata görə, Urmiya gölünün 96%-i quruyub.

Related Articles

Bir cavab yazın

Back to top button