
APA xəbər verir ki, bu barədə Tramp “Youtube”dakı “Full Send Podcast” kanalında çıxışı zamanı bildirib.
“Onlar qlobal istiləşmədən danışırlar. Bu axmaqlıqdı. Biz nüvə silahlarından qurtulmalıyıq”, – deyə Tramp bildirib.
Onun fikrincə, bu, çox mühüm vəzifədir və o, bunu öz üzərinə götürməyə hazırdır.
“Mən bu barədə Rusiya Prezidenti Vladimir Putinlə danışdım və bu ideya onun xoşuna gəldi”, – deyə keçmiş dövlət başçısı əlavə edib.