Güney Azərbaycanın Urmiya bölgəsində azərbaycanlı fəallar bu şəhərdə küçə yürüşü keçirmək üçün çağırış vərəqələri paylayıblar.
Azərbaycanlı fəallar Urmiya gölünün İslam Respublikası tərəfindən qəsdən qurudulmasına etiraz olaraq, sentyabrın 27-də saat 17:00-da Azərbaycan şəhərlərində etiraz aksiyası keçirməyə çağırış edib.
Etiraz aksiyasının Urmiyanın İmam və Ətai küçələrinin kəsişməsində baş tutması planlaşdırılır.
Başqa Azərbaycan şəhərlərində də həmin tarixdə şəhərin mərkəzində küçə yürüşü planlaşdırılıb