![](https://www.aznews.tv/wp-content/uploads/2024/02/msg-1001850276670-18549-780x470.jpg)
Urmiya həbsxanası edamların sayına görə İranda 6-cı yerdə qərarlaşıb.
İranda İnsan Hüquqları Müdafiəçilərinin Statistika və Nəşrləri Departamenti tərəfindən dərc edilən məlumata əsasən, 2023-cü ildə İranda 20-si qadın və 2-si yaşı 18-dən az olan şəxs olmaqla ümumilikdə 746 nəfər edam edilib. Məhkumlardan 6-sı şəhərlərdə ictimaiyyətin gözü qarşısında dar ağacından asılıb.