Azərbaycanİran

Urmiya gölünün yanında qədim dəmir istehsalı mərkəzi tapıldı

Urmiya gölünün cənubunda ilk dəfə olaraq “Vesta Şeyx” adlanan ərazidə dəmir istehsalı sahəsi aşkar edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, dəmir istehsalı qalıqlarının tapıldığı bu sahə Parfiya və Səlcuqlu dövrlərinə aiddir.

Bölgədə tədqiqat aparan arxeologiya şurasının rəhbəri Salah Səliminin sözlərinə görə, ilkin araşdırmalar bu ərazidə dəmirin süngər üsulu ilə istehsal edildiyini göstərir.

“Bu dəyərli kəşf Urmiya gölünün cənubunda yerləşən ərazidə metallurgiya sahəsində arxeoloji tədqiqatlar üçün yeni üfüqlər aça bilər”, – Səlimi bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button