Azərbaycanİran

Urmiya gölünün suyunun rənginin dəyişməsinin səbəbi müəyyən edilib

Qərbi Azərbaycan Ətraf Mühitin Bataqlıq Ərazilərinin Mühafizəsi və Bərpası İdarəsinin rəisi Urmiya gölünün suyunun rəngində ötən illərdə də dəyişikliyin olduğunu bildirib və deyib: Yüksək temperatur və gölün səthindən yüksək buxarlanma səbəbindən Urmiya gölündə duz xoşlayan bakteriyaların aktivliyi yüksəlir və gölün suyu dəyişir.

Eyni zamanda Urmu gölünün quruması ilə mövcud zəhərli maddələrin qatılığı da artır.

Bölgə əhalisinin həyatını təhdid edən bu zəhərlərdən biri də arsendir.

Arsen turşusu xərçəng (dəri, ağciyər, sidik kisəsi), ürək problemləri, dəri xəstəlikləri, sinir zədələnməsi, həzm problemləri və zəifləmiş immunitet sistemi də daxil olmaqla ciddi sağlamlıq problemlərinə səbəb ola bilən zəhərli elementdir.

Arsen turşusu ilə çirklənməyə uzun müddət məruz qalmaq son dərəcə təhlükəlidir və ondan qorunmaq lazımdır.

Related Articles

Bir cavab yazın

Back to top button