
“Bu gün təəssüf hissi ilə Azərbaycanın böyük dostu və ədaləti hər zaman dəstəkləyən peşəkar jurnalist, “Aljazeera Arabic”in əməkdaşı Ömər Kaşramın COVID-19-dan vəfat etdiyini eşitdim”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter” hesabında yazıb.
“Ömər 2016-cı ilin Aprel müharibəsində, eyni zamanda 2020-ci ilin 44 günlük müharibəsində də Azərbaycanla olub”, – deyə H.Hacıyev bildirib.
Today I heard with sorrow that great friend of Azerbaijan and professional journalist who always supported justice Omar Khashram of Aljazeera Arabic has died as a result of COVID-19. Since April War of 2016 Omar has been with Azerbaijan as well as during 44 days war of 2020. RIP.