Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Sadiq Mötəmediyanın sözlərinə görə, hazırda göldə olan suyun həcmi 580 milyon kubmetr civarındadır.
O, gölün sahəsinin kiçildiyini və son hesablamalara görə 606 kvadrat kilometrə qədər azaldığını deyib.
Qeyd edək ki, Urmiya gölünün normal ekoloji su həcmi 30 milyard kubmetrdən çox, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.