
Dəstgahi deyib ki, bu il aprelin 5-də gölün su olan ərazisi 1140 kv.km təşkil edib. Ötən ilin uyğun dövründə isə bu göstərici 1350 kv.km olub.
Məcid Dəstgahi Urmiya gölündə suyun həcminin azaldığını da söyləyib: “Hazırda suyun həcmi 1,63 milyard kubmetrdir. 2018-ci ilin hesabat dövründə isə bu göstərici 1,8 milyard kubmetr idi”.
Dəstgahi Urmiyə gölünün ölçüsünün azalmasının əsas amilləri arasında bu ilin aprel ayında keçən illə müqayisədə yağıntının 49,6 faiz azalması olduğunu söyləyib.