Bu barədə Zəncan Universiteti tədqiqatçılarının ekoloji problemlə bağlı araşdırmalarında qeyd olunub.
Araşdırmaların nəticəsi ilə bağlı hesabatda bildirilir ki, bu su hövzəsi Dəclə və Fərat düzənlikləri və Afrika səhrası kimi mənbələrdən bu əraziyə köçən toz qatlarından güclü şəkildə təsirlənir. Su hövzəsində ekoloji tarazlığın tənzimlənməyəcəyi və önləyici tədbirlərin görülməyəcəyi təqdirdə qarşıdakı illərdə daha ciddi ekoloji problemlərin yaranması qaçılmazdır.
Qeyd edək ki, son illər Urmiya gölünün qurumuş yatağından qalxan duz fırtınaları Şərqi və Qərbi Azərbaycan əyalətlərinin böyük hissəsini təhdid edir. Ekoloqların dediyinə görə, gölün qurumasının qarşısının alınmayacağı təqdirdə bölgədə yaşayış mümkün olmayacaq və bu, 14 milyon insanın başqa bölgələrə köçünə səbəb olacaq.