Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Urmiya gölünün qurudulmasının bölgə iqtisadiyyatını iflic etməsinə etiraf

Tehran Universitetinin Ətraf Mühit Fakültəsinin professo Mehdi İsmaili Bidhendi Urmiya gölünün qurudulması barədə danışaraq deyib ki, Urmiya gölünün quruması bölgə iqtisadiyyatını iflic etməklə yanaşı xəstəliklərin geniş yayılmasına da səbəb olacaq.

İsmaili Bidhendi həmçinin deyib ki, gölün quruması səbəbinmdən baş qaldıran duz fırtınaları daha uzaq bölgələri də təsiri altına alacaq.

Ətraf mühit mütəxəssisi həmçinin deyib: “Bu transmilli problemə çevriləcək, kənd təsərrüfatı məhv olacaq və ölkənin səhiyyə sisteminin qarşısını ala bilməyəcəyi səviyyədə xəstəliklərin yayılması ilə nəticələnəcək”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Urmiya gölünə tökülən çayların qarşısında səd çəkməklə gölü qurudub. Əhalinin etirazlarında sonra gölün bərpasına söz versə də, buna əməl etməyib.

Related Articles

Bir cavab yazın

Back to top button