Bir tərəfdən isə Urmiya gölü üzərindəki keçid körpüsünün infrastrukturunun və üst quruluşunun bir hissəsinin çürüməsi baş verir. Körpünün göyərtəsinin bünövrələrində, əsas və köməkçi tirlərində duzsuzlaşdırma ilə yanaşı, digər texniki və zəruri tədbirlər həyata keçirilməlidir. Təxminən iyirmi ilə yaxın yaşı olan və Urmiya gölünün üzərində tikilən körpünün təmirində mühəndis tədbirləri görülməsə, daha bir fəlakət baş verəcək.
Körpü metal, polad, betondan ibarət kompozit kəsiklərdən hazırlanıb. Uzunluğuna görə birləşdirici konstruksiyalar da daxil olmaqla 2000 metrə bərabərdir.