Bunu Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Şəhnam Əştəri deyib.
O, Urmiya gölünün hazırkı ekoloji vəziyyətinin yaşayış məntəqələri üçün ciddi təhlükə yaratmadığını iddia edib:
“Şərqi Azərbaycan əyaləti Urmiya gölünün su səviyyəsinin təmin edilməsində cəmi 10% rol oynayır. Gölə su buraxılması üçün bəndləri açmaq məntiqli deyil”.
Bir neçə gün əvvəl Qərbi Azərbaycan əyalətinin valisi Məhəmməd Sadiq Mötəmedian da oxşar çıxış edərək, bəndlərdən Urmiya gölünə su buraxılmayacağını demişdi.
Ekoloqların verdiyi məlumata görə, hazırda gölün sahəsi 682 kvadrat kilometrə qədər kiçilib.
Göldə mövcud olan suyun həcmi isə daha da azalaraq 900 milyon kubmetrə düşüb.
Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15,5 milyard kubmetr, ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.