Azərbaycanİran

Urmiya gölü böhranlı vəziyyətdədir

son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan görüntülər Güney Azərbaycanda əhalidə gölün canlanmasına ümid yaradıb.

Ancaq Urmiya gölünün durumu ilə bağlı bu rəngli şəkillər və dövlət xəbər agentliklərində gölə suyun buraxılmasına dair xəbərlərin əksinə olaraq, Urmiya gölün hələ də acınacaqlı vəziyyətdədir.

Ekologiya üzrə ekspert Əhməd Bayburdi gölünün durumu haqqında deyib: “Gölün buxarlanma qabiliyyəti iki milyard kubmetrə yaxındır (üç yay ayının temperaturu və gölün su həcminə əsasən). Hazırda gölün suyunun həcmi 2,2 milyard kubmetrə yaxındır və onun bərpası üçün gölün suyunun həcmi 14 milyard kubmetrə çatmalıdır. Deməli, hələlik qarşımızda uzun bir yol var”.

Qeyd edək ki, irqçi fars-molla rejimi gölə axan çayların qarşısını kəsməklə gölü qurudub. İndi isə həddən artıq yağışlar yağmaqla rejim suyun qarşısını ala bilməyib və nisbi olaraq gölun suyu artıb. Bunu isə rejim əhaliyə öz uğuru kimi qələmə verir.

Related Articles

Bir cavab yazın

Back to top button