Ekofəalların glün oktyabrın 18-ə olan paylaşımlarından məlum olur ki, Urmiya gölünün su həcmi sentyabr ayı ilə müqayisədə daha da azalıb.
Ətraf mühit fəalı Möhsün Qasid ekoloji problemlə ağlı paylaşımında İran Energitika Nazirliyini də günahlandırıb.
“Ötən aya nisbətən Urmu gölünün durumu dahada pisləşib, bundan əvvəl cüzi su ilə örtülü olan ərazilər indi şoranlığa çevrilib. Yaz aylarında mövsümi yağışlardan sonra göldə su həcmi nisbi şəkldə artsa da, Energitika Nazirliyi bunun davamlı olması üçün əməkdaşlıq etmədi, gölün illik su payının bəndlərdən buraxılmasına razılıq vermədi”,- Qasid bildirib.
Eyni zamanda gölün quruması nəticəsinə yenidən duz fırtınaları təhlükəsiniun yarandığı bildirilir.