Pərviz Yari
Batı Azərbaycan əyalətinin Sənaye və Mədən Təşkilatının rəhbərinin sözlərinə görə, Urmiyə Gölü İranın ən böyük mədənidir. Bu Göldə 10 milyard ton faydalı mineralin olması Urmiyəni İranın ən zəngin mineral yatağına çevirib. Urmiyə Gölünün duzunda “natrium”, “kalium”, “kalsium asetat”, “litium”, “maqnezium”, “xlor”, “brom”, “sulfat” və “bikarbonat” və … var. Bu minerallar sənaye və kənd təsərrüfatında bir çox istifadəsi var.
Urmiyə Gölünün faydalı qazıntılarının istismarı uzun tarixə malikdir. Buna baxmayaraq, bu unikal imkandan istifadə edərkən ekoloji tələblərin prinsipsiz qavranılması və əməl edilməməsi yeni və gözlənilməz böhran vəd edir. İstismarçıların qanun pozuntularına Ətraf Mühitin Mühafizəsi Təşkilatının yetərincə nəzarəti və hətta məlumatsızlığı, Sənaye və Mədən Mühafizəsi Təşkilatının qeyri-düzgün istismarda israrlı olması və bu milli parkın yatağından duz çıxarılması prosesi ilə bağlı mütəxəssislərin və ekoloji fəalların narahatlıq doğuran xəbərdarlığına məhəl qoyulmaması, Urmiyə Gölünün İran Çernobılina çevrilməsini sürətləndirib.
Urmiyə Gölü İranın quzəy-batısında, Batı və Doğu Azərbaycan əyalətləri arasında yerləşir. Bu su ekosistemi özünəməxsus ekoloji xüsusiyyətlərinə görə 1967-ci ildə “mühafizə olunan ərazi”, 1970-ci ildə “milli park”, 1976-cı ildə isə UNESCO tərəfindən “biosfer qoruğu” kimi qeydə alınmışdır.
25 ildən az öncə, altı min yüz kvadrat kilometr ərazisi olan bu Göl İranın ən böyük daxili Gölü və dünyanın ikinci ən böyük duzlu Gölü idi. İndi isə Urmiyə Gölü öz ərazisinin 60%-dən çoxunu və su həcminin 90%-ni itirərək tamamilə qurumaq ərəfəsindədir.
Qanunsuz quyuların qazılmasının genişləndirilməsi, Urmiyə Gölünün su hövzəsi ərazisində çoxlu bəndlərin tikintisi və ekoloji su haqqının ödənilməməsi, Gölün ortasında Şəhid Kələntəri körpüsünün tikintisi, yağışlı əkin sahələrinin geniş şəkildə təsərrüfatlara çevrilməsi, iqlim dəyişikliyi səbəbiylə yağışların azalması və … Bu biosfer qoruğunun böyük bir sahəsi qurudu. Urmiyə Gölünün quruması onun yatağında milyardlarla ton duz və mineralın çökməsinə səbəb olub.
Son onilliklərdə yerli icmalar ənənəvi olaraq Urmiyə Gölünün əsas duz mədənçiləri olmuşdur. Amma indi bu Gölün duzları və mineralları Batı və Doğu Azərbaycan və Fars əyalətlərindəki sənaye fabriklərinin istismarı üçün böyük mənbəyə çevrilib. Urmiyə Gölündə ən çox quru duz istehlakı şüşə sənayesi, turşu istehsalı sənayesi və dolayı yolla yuyucu vasitə fabrikləri üçün xammal tədarükündədir. Bu duz həmçinin yemək üçün (əgər süzülürsə) və yol buzunu əritmək üçün istifadə olunur.
Həmçinin Urmiyə Gölünün çamurü tərkibindəki bol mineral duzlara, xüsusilə kükürd, dəmir birləşmələri, yod, uyğun miqdarda duz, müxtəlif üzvi maddələr və uyğun miqdarda radioaktivliyə görə ən yaxşı tibbi çamurlardan biridir. Yerli əhali ilə yanaşı, bəzi şirkətlər də illərdir bu Göldən çamurü toplayır.
Zəif texnologiya və investisiya çatışmazlığı
Urmiyə Gölünün duzunun çıxarılması və emalı nəticəsində ətraf mühitə zərər vurmamaq üçün investisiya və müasir texnologiyaya ehtiyac var.
Qərbi Azərbaycan qubernatorluğunun iqtisadi müavininin sözlərinə görə: “Sənaye və Mədən Nazirliyinin Nümayəndələr Şurasının 25-ci iclasının qərarına əsasən, Urmiyə Gölündən maqnezium və kaliumun çıxarılması ilə bağlı layihələrin müəyyən edilməsi əyalətin Baş İdarəsinə həvalə edilib. “Bu layihələr 500 min ton natrium xlorid, 50 min ton kalium sulfat, 60 min ton maqnezium xlorid, 200 min ton sulfat və 6 ton hasilatı üçün 250 milyon dollar sabit investisiya və ümumilikdə 1,660 milyard rial investisiya şəklində nəzərdə tutulub”.
Lakin məlum olmayan səbəblərdən bu layihələr hələ də həyata keçirilməyib. Hazırda İranda kalium sulfat və brom istehsal olunmur. Bu ölkə illik təxminən 300 min ton kalium sulfat (kimyəvi gübrə kimi) idxalı ilə bu məhsulun ən böyük idxalçılarından biridir. Urmiyə Gölü boyu vilayətlərə kifayət qədər sərmayə qoyularsa, Gölün mineral potensialından bu bölgədə sənaye inkişafı üçün istifadə etmək mümkün olacaq.
Bununla belə, Batı Azərbaycan Əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin direktorunun texniki müavininin sözlərinə görə, hazırda Göldən hər il 2 milyon tona yaxın duz çıxarılır. Mediaya açıqlama verən bu hökumət rəsmisi bunları deyib: “Bu il Urmiyə Gölünün yatağından hər icazə üçün 20 hektar aralığında 12 icazə verilib”.
Urmiyə Gölündən eyni miqdarda mineral çıxarılması bu sahədə bir sıra problemlər yaradıb. İstismar şirkətləri ekoloji tələblərə əməl etmədən Urmiyə Gölünün yatağını sürətlə dağıdır və bu qiymətli ekosistemin suyunu çirkləndirir.
İran Çernobılını minalanma
Urmiyəda yaşayan ekoloji fəal “Iranwire”a müsahibəsində Urmiyə Gölünün hazırkı vəziyyətini “Çernobıl faciəsi” ilə müqayisə edərək deyir: “Urmiyə Gölünün böhranı geri dönüşü olmayan həddə çatır. Ruhani hökumətində Tehranda yerləşən Urmiyə Gölü Bərpası Qərargahının rəsmiləri 15.000 milyard tümən büdcə aldıqlarını etiraf etdilər; Amma onların işinin nəticəsi son bir ildə Urmiyə Gölündəki suyun həcmini iki dəfə azaltmaqdır. Yerli məmurlar, xüsusən də Ətraf Mühit Təşkilatının rəhbərləri Urmiyə Gölünü qorumaq deyil, duz mədənçilərini dəstəkləmək vəzifəsini müəyyənləşdiriblər. İllərdir Urmiyə Gölündən duzun prinsipsiz çıxarılmasına etiraz edən ekoloji fəalların səsi eşidilmir. İllərdir Urmiyə Gölündən duzun prinsipsiz çıxarılmasına etiraz edən ekoloji fəalların səsi eşidilmir. Hətta çoxsaylı sübutlara baxmayaraq, Doğu Azərbaycan Əyalətinin Ətraf Mühitin Mühafizəsi Təşkilatı Kaveh Soda Şirkətinin duz yığımı nəticəsində yaranan çirklənmə və zərəri inkar edir. Təşkilat hətta şirkətin kimyəvi tullantılarının birbaşa Urmiyə Gölünə daşınması üçün icazə də verib. Rəsmilər Urmiyə Gölünə ekoloji ziyanı və onun duz fırtınalarını görmürlər. Onlar Azərbaycan xalqını Çernobıl faciəsi ilə baş-başa buraxdılar”.
Marağadakı Kaveh Soda Şirkəti İranda natrium karbonat və şüşə istehsal edən ən böyük zavoddur. Bu şirkətin xammalı əhəng və duzdur. Bu şirkətdə istifadə olunan 500 min tondan çox duz Urmiyə Gölündən çıxarılır.
Kaveh Soda 1998-ci ildə tikintiyə icazə alıb və 2004-cü ildə açılışı olub. 2005 və 2010-cu illərdə Kaveh Soda zavodunun laqonlarının partlamasından sonra bu şirkətin kimyəvi və təhlükəli tullantıları bölgəyə axıb. Bu tullantılar geniş şəkildə bölgənin torpağ və yeraltı su ehtiyatlarının və Urmiyə Gölü Milli Parkının çirklənməsinə səbəb olmuşdur. Bu hadisədən sonra Doğu Azərbaycan Əyalət Təhlükəsizlik Şurası şirkətin çirkab sularının Urmiyə Gölünə daşınması planını təsdiqlədi və bu, bölgədəki ətraf mühit fəallarının kəskin etirazına səbəb oldu.
Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Təşkilatı və Kaveh Soda Şirkətinin menecerləri iddia edirlər ki, şirkətin çirkab suları Urmiyə Gölünün suyu ilə uyğundur və Urmiyə Gölünü çirkləndirə bilməz.
Ancaq, Iranwire tərəfindən əldə edilən sənəddə göstərilir: Doğu Azərbaycan Əyalətinin Ətraf Mühit Təşkilatının laboratoriyası tullantı suları üzərində təcrübə apararaq Kaveh Soda zavodunun çirklənməsini təsdiqləyib. Bu sənəd əsasında Kaveh Soda zavodunun tullantı sularının 8 göstəricisi normadan artıq və bəzi hallarda təhlükəli qiymətləndirilir.
Həmçinin, Kaveh Soda şirkəti digər şirkətlərlə birlikdə Urmiyə Gölünün yatağından duz çıxarılmasında ekoloji standartlara və tələblərə əməl etmir.
Urmiyə Gölünün duz istismarı standartlarına əməl edilməməsi
İranın Geoloji Xidmət və Mineral Kəşfiyyat Təşkilatının tədqiqatçılarından biri Ətraf Mühitin Mühafizəsi Təşkilatının zəifliyi nəticəsində Göl yatağından duz çıxarılmasında ekoloji tələblərə əməl edilməməsini təqdim edir. O deyir: “Ətraf mühit üzrə ekspertlər və fəallar Urmiyə Gölündən faydalı qazıntıların çıxarılmasına deyil, onun miqdarına və keyfiyyətinə etiraz edirlər. Duz emalı üçün məhsul yığımı prosesində ekoloji tələblər yerinə yetirilərsə, Urmiyə Gölü Azərbaycanın inkişafı üçün unikal fürsətə çevriləbilər və hətta Urmiyə Gölünün dirçəldilməsi xərclərini qarşılaya bilər”.
Bu tədqiqatçı hesab edir ki, İranda Göllərin faydalı qazıntılarının istismarı üçün ekoloji tələblərin müəyyən edilməsi ilə bağlı aparılan araşdırmalar kifayət deyil. Ətraf Mühitin Mühafizəsi Təşkilatı Urmiyə Gölünün ekosisteminə uyğun dəqiq və elmi standartlar hazırlamayıb və bununla bağlı ekspertlərin və ətraf mühit fəallarının tövsiyələrinə belə əməl etmir: “Duz çıxarılması duzlu sudan və ya Gölün quru yatağından aparılır. İndi Urmiyə Gölünün suyunun kəskin azalması səbəbindən duzlu sudan duz çıxarmağa icazə verilməməlidir. Çünki bu üsul Göldəki suyun həcmini azaldacaq. Gölün quru yatağından çıxarılmasına gəlincə, hər bir sahə üzrə çöküntülərin dəqiq dərinliyi müəyyən edilməli və hasilata eyni əsasla icazə verilməlidir. Əks halda, ekspert olmayan dərinliklərdən çıxarma Göl yatağına ciddi ziyan vuracaq. Həmçinin, duzlar Göl yatağında çökdükdən sonra təbii olaraq bir qədər sərtləşir. Duz çıxarılması Göl yatağı ilə duz bağını pozur və zəiflədir və toz və duz fırtınaları üçün şərait yaradır. Yollarda nəqliyyatın hərəkəti və ondan duz və duzlu suyun itirilməsi, istismar zamanı tozun əmələ gəlməsi və duz yığınlarının səthindən külək duz yığımının digər riskləridir. Nəhayət, duz çıxarılması üçün müvafiq avadanlıq və texnologiyanın təmin edilməsi zərurəti ilə yanaşı, Gölün zədələnmiş yatağı istismardan sonra bərpa edilməlidir”.
Urmiyə Gölü İranın ən böyük mədənidir. Kifayət qədər investisiya olarsa, bu mədən bölgə əhalisinin yaşayış tərzini kənd təsərrüfatından sənayeyə dəyişməyə kömək edə bilər. Buna baxmayaraq, indiki Urmiyə Gölünün duzunun istismarı tendensiyasının davam etdirilməsi və ekoloji tələblərə əməl edilməməsi, tənzimləyici orqanların struktur zəifliyi və hətta Ətraf Mühitin Mühafizəsi Agentliyinin istismarçıların qanun pozuntularına məhəl qoymaması, bu iqtisadi imkandan istifadə deyil, əslində İran Çernobılını minalanmadir; Duz fırtınaları şəklində partlayacaq minalar.