Bu barədə təşkilatın araşdırmasında bildirilir.
“UNICEF hesab edir ki, yaxın həftələrdə beş yaşınadək ən azı 10,000 uşaq həyati təhlükəsi olan qida çatışmazlığından əziyyət çəkəcək.
Bu qəbuledilməz risk Qəzza zolağında qida və səhiyyə sistemlərinin tam iflasa uğradığı bir vaxta təsadüf edir”, – tədqiqatçılar bildirib.
Ümumilikdə təşkilat bildirir ki, Qəzzada uşaqların 80%-ə qədəri qida çatışmazlığı ilə üzləşib, Fələstin anklavının xəstəxanalarının üçdə ikisi yanacaqsız, dərmansız olduğuna və ya İsrail qüvvələri tərəfindən dağıdıldığına görə fəaliyyətini dayandırıb.
UNICEF tərəfləri dərhal atəşi dayandırmağa çağırır.