Belə ki, reytinqdə 351-400 yerdə qərarlaşan UNEC “İqtisadiyyat və ekonometrika” fənni sahəsi üzrə Böyük Britaniyanın Aston Universiteti, Türkiyənin Sabançı Universiteti, Çinin Shanghai Universiteti, İsveçrənin Basel Universiteti, Qatar Universiteti, ABŞ-ın Aeva (İowa), Kentaki (Kentucky), Cənubi Karolina, Florida Dövlət, Georgia Dövlət, Syracuse universitetləri ilə eyni qrupa daxil olub.
Eləcə də, UNEC həmin reytinqdə ABŞ-ın Louisiana Dövlət, Kaliforniya Riverside, Vaşinqton Dövlət, Böyük Britaniyanın Leicester (401-450), Türkiyənin İstanbul (451-500), Hacettepe, ABŞ-ın Linkoln, Ukraynanın Taras Şevçenko Milli universitetlərindən (501-550) önə çıxıb.