Dünyaİran

Ümumdünya Səhiyyə Təşkilatı İranla bağlı xəbərdarlıq etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyunun 14-dən iyulun 17-dək müəyyən edilmiş xəstəlik hallarının sayının 2-dən 12-yə yüksəldiyi İranda danq (denge) qızdırmasının yayılma riskinin daha yüksək olduğunu bəyan edib.

Bu barədə ÜST-ün Cenevrədəki mənzil-qərargahı məlumat yayıb.

Qeyd olunub ki, iyunun 14-də İran rəsmiləri iki nəfərin danq xəstəliyinə yoluxduğu barədə məlumat veriblər.

17 iyul 2024-cü il tarixinə ölkədə xəstəliyə yoluxma hallarının ümumi sayı 12-yə yüksəlib. Yoluxanların hamısı İranın Hörmüzgan ostanının Bəndər Lingə şəhərinin sakinləridir. ÜST xəstəliyin ictimai sağlamlığa ciddi zərər vurma potensialına malik olduğunu izah edib.

İranın Səhiyyə Nazirliyi isə xəstəxanaların hazırlığını artırmaq üçün tədbirlər görüb. Öz növbəsində ÜST nazirliyə nəzarəti gücləndirmək, tibbi ləvazimatların və sürətli diaqnostikanın paylanması, təlimlərin keçirilməsi və risk kommunikasiyası fəaliyyətlərinin təşkili üçün dəstək verir.

Qeyd edək ki, danq qızdırması yüksək qızdırma, güclü əzələ-oynaq ağrıları, səpgi, hemorragiya və limfadenopatiya ilə təzahür edən təbii ocaqlı transmissiv xəstəlikdir. Meymunlar, dələlər, quşlar, eləcə də ağcaqanadlar virus yayıcı hesab edilir.

İran Səhiyyə Nazirliyinin verdiyi son rəsmi məlumata görə, 148 nəfər dang qızdırmasına yoluxub, onlardan 3-2 həyatını itirib.

Related Articles

Bir cavab yazın

Back to top button