Dünyaİran

“Uluslararsı Əfv Təşkilatı” Xameneyini həbsdə olan vəkilləri və mədəni fəalları azad etməyə çağırdı

“Uluslararsı Əfv Təşkilatı” avqustun 28-də bəyanat yayaraq İranda həbsdə saxlanılan üç insan haqları vəkilinin və iki mədəni fəalın qeyd-şərtsiz azad edilməsini istəyib.

Qurumun açıqlamasında deyilir: “İranda üç insan haqları vəkili və iki mədəni fəal təkcə insanların həyatını qurtarmaq hədəfi ilə #Covid-19 vaksinindən istifadə etmək hüquqlarını dəstəkləməkdən ötrü olası qanuni tədbirləri müzakirə etmək üçün toplantı keçirdikləri üzündən mordadın 23-dən özbaşına həbsə atılıblar.

“Uluslararsı Əfv Təşkilatı” İran rəhbəri Əli Xamneiyə müraciət edərək, onların azad edilməsinə çağırış edib.

Bildirək ki, Tehrandakı Vətəndaş Hüquqlarının Müdafiəsi Dərnəyinin dəftərində keçirilən görüşdə Məhəmməd Rza Fəqihi, Arəş Keyxosrəvi, Mustafa Nili, Mehdi Mahmudian, Məhəmməd Hadi Erfanian Kaseb, Məryəm Əfrafraz və Leyla Heydəri ilə birlikdə 9 vəkil və mədəni fəal tutulublar. onlar koronavirusla mübarizədə hökumətin yol verdiyi mümkün qüsurları müzakirə edərkən əmniyət məmurları tərəfindən tutularaq bilinməyən yerə aparılıblar.

Related Articles

Bir cavab yazın

Back to top button