
Uluslararası Atom Enerjisi Ajansı İranın uranyomun zənginləşdirilməsini atom silahı əldə etmək üçün lazım olan həddə yaxınlaşdırdığını bildirib.
Reuters-in məlumatına görə, İran öncələr uranyomu yüzdə 60-ə qədər zənginləşdirmək üçün 164 ədədlik IR-6 santrifyujlarından ibarət abşardan istifadə edirdisə, ancaq indi bununla yanaşı, yüzdə 60-ə qədər zənginləşdirmək üçün 153 ədədlik IR-4 santrifyuj məcmuəsindən də istifadə edir.
İran Xarici İşlər vəzirliyinin sözçüsü Səid Xatibzadə “Reuters” ajansının bu xəbərinə cavab olaraq deyib: “Atom anlaşmasının tam və qeyd-şərtsiz icrasına Amerika və razılaşmanın başqa dövlətləri başlamayana qədər, İran da atom proqramını hakimiyyətin ehtiyacları və qərarları əsasında əmniyət öhdəlikləri çərçivəsində həyata keçirəcək”.
Xətibzadə qeyd edib: “tərəflər atom razılaşması (Bərcam) üzrə öhdəliklərinə qayıtsa və Amerika da təhrimləri tam və ciddi ləğv etsə, İranın atom razılaşması çərçivəsindəki bütün azaltma tədbirləri geri qayıda bilər”.