
Ukraynda daha 468 nəfərdə koronavirus tapılıb və bununla da ölkədə virusa tutulma hallarının sayı 23 672-yə çatıb. Bunu ölkənin Behdaşt Vəzirliyi açıqlayıb.
Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 12 nəfər artaraq 708-ə yüksəlib.
Bildirilib ki, indiyədək Ukraynda 9 538 məriz koronavirusdan sağalıb.
Dünyada koronavirusa tutulanların sayı 6,1 milyonu ötüb. Bunların 2,7 milyon nəfərdən çoxu sağalıb, 371 mindən çoxu isə ölüb.