![](https://www.aznews.tv/wp-content/uploads/2022/12/1456563.jpg)
dövlət katibinin yazılı açıqlamasına görə, Prezident Co Bayden səlahiyyətlərindən istifadə edərək, Ukraynaya 8-ci dəfədir hərbi yardım ayırır:
“ABŞ-ın inventarından ayrılacaq 1 milyard dollarlıq əlavə sursat və kritik avadanlıqla Ukraynanın özünü döyüş meydanında müdafiə etmək imkanları daha da artacaq. Bu yardım paketi ilə birlikdə Ukraynaya ümumi hərbi yardımın dəyəri 21,9 milyard dollara çatdı. Bu dəfəki yardıma ilk dəfə qanadlı raketlər, qısa mənzilli ballistik raketlər və əvvəllər təchiz edilmiş hava hücumundan müdafiə sistemlərindən xeyli yüksəklikdə təyyarələri vurmağa qadir olan Patriot hava hücumundan müfafiə sistemləri daxildir”.
Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın dəvəti ilə Vaşinqtonda səfərdədir.(Metbuat.az)