Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Ukrayna XİN rəhbəri ilə Amerika dövlət katibi arasında telefon danışığı olub

Ukrayna xarici işlər naziri Andrey Sibiqa ilə Amerika dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Bu barədə Sibiqa “X” platformasındakı paylaşımda bildirib.

Tərəflər yaxınlaşan Ukrayna-Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında keçiriləcək görüşünü müzakirə ediblər.

“Ukrayna müharibənin sona çatmasını istəyir və Amerikanın liderliyi daimi sülhün əldə olunmasında vacibdir. Həmçinin, ikitərəfli əməkdaşlığımızı irəlilətmək yollarını müzakirə etdik”, – deyə XİN rəhbəri vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button